Əsas məzmuna keç

Əməyin ödənişi xərclərində 426 mln. fərq

Əməyin ödənişi xərclərində 426 mln. fərq

Dövlət büdcəsinin icrasında 426 milyon manatlıq kəsirin səbəbi nədir? Maliyyə Nazirliyi əməkhaqqı və sosial ödənişlərdəki ciddi maliyyə fərqini açıqladı.

en ru

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin əməyin xərcləri proqnozdan 426 milyon az icra olunub, bunun səbəbi vakansiyalardır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu xərclər bütün ştat üzrə müəyyən edilsə də, əksər dövlət qurumlarında vakansiyalar mövcud olur", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, təxminən 110 milyon manatlıq az icra isə sosial sosial ödənişlərlə bağlıdır "Bu da demoqrafik göstəricilərdən irəli gəlir, çünki bildiyiniz kimi, bizim çoxsaylı sosial müavinətlərimiz və sosial ödənişlərimiz var".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…