Əsas məzmuna keç

Əli Əsədov Lyu Haysinlə görüşdü - Foto

Əli Əsədov Lyu Haysinlə görüşdü - Foto

görüşdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham...

ru en

sentyabrın 8-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, əlaqələr şöbəsinin müdiri Lyu Haysin ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüşdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səylərinin ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rolu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin müsbət dinamikası vurğulanıb. Yaşıl enerji sahəsində birgə layihələrin uğurla həyata keçirildiyi, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın ardıcıl inkişaf etdiyi bildirilərək “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsi və tranzit potensialının artırılması baxımından önəmi diqqətə çatdırılıb.

Yeni Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafı yüksək qiymətləndirilib, partiyalararası əməkdaşlığın və qarşılıqlı təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycanla Çin arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…