Əsas məzmuna keç

Ələt və Fatmayıda hərbi sursatlar tapılıb - VİDEO

Ələt və Fatmayıda hərbi sursatlar tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə şəhərinin Qaradağ rayonu, qəsəbəsində və rayonu, Fatmayı kəndində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 mm-lik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli aşkar edilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…