Əsas məzmuna keç

Naxçıvanda hərbi sursatlar tapıldı

Naxçıvanda hərbi sursatlar tapıldı

Muxtar Respublikanın Kəngərli və Culfa rayonlarında tank əleyhinə mina və döyüş başlıqları aşkarlanıb. FHN pirotexniklərinin keçirdiyi əməliyyatın detalları bizdə.

en ru

Naxçıvan Respublikasının iki rayonunda – Kəngərli və Culfada təhlükəli hərbi sursatlar aşkarlanaraq zərərsizləşdirilib.

Naxçıvanda Təhlükə: Hansı Hərbi Sursatlar Aşkarlanıb?

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatda əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və rayonları ərazisində hərbi sursatların aşkar edildiyi bildirilirdi.

Məlumatlarla əlaqədar nazirliyin pirotexnikləri dərhal hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatların siyahısı belə olub:

1 ədəd 120 mm top mərmisi, 3 ədəd RPQ-7 mərmisinin idarə olunmayan mühərriki, 3 ədəd 30 mm AQS mərmisi və 1 ədəd 2A42 topunun gilizi.

Həmçinin, 5 ədəd müxtəlif döyüş başlığı, 1 ədəd minaatan mərmisinin arxa pəri və 1 ədəd TM-62 tipli əleyhinə olduğu müəyyən edilib.

Aşkarlanan bütün sursatlar zərərsizləşdirilməsi üçün FHN pirotexnikləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…