Əsas məzmuna keç

DYP-dən saxta SMS xəbərdarlığı: Aldanmayın!

DYP-dən saxta SMS xəbərdarlığı: Aldanmayın!

BDYPİ cərimə borcu bildirişləri ilə bağlı müraciət yaydı. Kiberdələduzlar asanpayex.cc vasitəsilə bank kartı məlumatlarını oğurlayır. Təhlükədən necə qorunmalı?

en ru

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara vasitələri üzrə inzibati cərimə olduğu barədə saxta SMS bildirişlər göndərilir. Dələduzlar bu üsulla istifadəçiləri aldadaraq saxta internet səhifələrinə yönləndirirlər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin rəsmi müraciətində xəbərdarlıq edilib.

Bildirilib ki, vətəndaşları aldadan həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.

"Qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsinlər.

Xüsusilə şəxsi məlumatları və kartı məlumatlarını belə platformalarda paylaşmaq təhlükəlidir. İnzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…