Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİN-dən reklamlarla bağlı vacib xəbərdarlıq

2 dəq
Paylaş:
DİN-dən reklamlarla bağlı vacib xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara edib.

DİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, sosial şəbəkədə və müxtəlif onlayn platformalarda tez-tez "brend məhsullar çox ucuz qiymətə satılır" kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür.

İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. DİN vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.

Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, "son fürsət", "məhdud sayda" kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.

Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə məlumatlarını ələ keçirməkdir.

"Şübhəli linklərə daxil olmayın, saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın, alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin, emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın. Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin", - xəbərdarlıqda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax