Əsas məzmuna keç

DİN-dən kiberdələduzluq xəbərdarlığı: Bu 3 qaydaya əməl edin!

DİN-dən kiberdələduzluq xəbərdarlığı: Bu 3 qaydaya əməl edin!

Kiberdələduzluq qurbanı olmayın! Daxili İşlər Nazirliyi WhatsApp zəngləri, saxta bank əməkdaşları və PIN-kod təhlükəsi barədə təcili xəbərdarlıq yaydı. Baxın:

en ru

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müraciətdə ani diqqətsizliyin maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə biləcəyi bildirilib.

Qeyd olunub ki, özünü əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir.

Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.

Eyni zamanda "" tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək "WhatsApp" vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır.

Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən "texniki dəstək" adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…