Əsas məzmuna keç

Koronavirus yenidən yayılır: Azərbaycanda da yoluxma halları var?

Koronavirus yenidən yayılır: Azərbaycanda da yoluxma halları var?

Koronavirusun yeni mutasiya variantları yayılmaqda davam edir. Qonşu İranda yoluxma hallarının artması və ölüm faktlarının qeydə alınması regionda...

en ru

Koronavirusun yeni mutasiya variantları yayılmaqda davam edir. İranda yoluxma hallarının artması və ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlığı artırıb. Məlumatlara görə, virusun yeni alt variantları əvvəlkilərlə müqayisədə daha sürətlə yayıla bilər. Bəs bu vəziyyət üçün də təhlükə siqnalı sayıla bilərmi?

"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, səhiyyə eksperti, tibb elmləri doktoru Qeybulla pandemiyasının başa çatmasına baxmayaraq, virusun dövriyyədə qaldığını və yoluxma hallarının davam etdiyini bildirib.

Ekspertin sözlərinə görə, koronavirus RNT tərkibli virusdur və mutasiyaya uğramağa davam edir. Onun fikrincə, virusun İranda yayılması Azərbaycanda da yoluxma hallarının olmadığı anlamına gəlmir.

Adil Qeybulla bildirib ki, qonşu ölkələrdən infeksiyanın yayılması ehtimalı da nəzərə alınmalıdır.

Həkim-terapevt Gülnar Quliyeva isə koronavirusun az sayda da olsa, müayinələr zamanı aşkarlandığını deyib. Onun sözlərinə görə, virusun yayılma mexanizmi və klinik xüsusiyyətləri artıq məlum olsa da, bu, təhlükənin tam aradan qalxdığı demək deyil.

xüsusilə immun sistemi zəif olan şəxsləri və yaşlıları ehtiyatlı olmağa, özlərini infeksiyadan qorumağa çağırıb.

Mütəxəssislərin fikrincə, koronavirusun Omikron ştammının müxtəlif mutasiya variantları yayılmağa davam edir. Hava-damcı yolu ilə ötürülən infeksiyanın hansı ölkədə yayılmasından asılı olmayaraq, digər ölkələrə keçmə ehtimalı mövcuddur. Bu səbəbdən qonşu dövlətlərdə yoluxmanın artması epidemioloji vəziyyətin diqqətdə saxlanılmasını vacib edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…