Əsas məzmuna keç

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib. Həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan...

en ru

Avqustun 31-i Bakıda əməliyyat 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.

Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80 nəfərə yaxın şəxs qan verib.

Lakin yaxınlarının cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, NDU-nun ilk “Stomatologiya” ixtisası məzunlarından olan Şahin Tağıyev və Sumqayıt şəhərlərində tanınmış klinikalarda stomatoloq-implantoloq kimi fəaliyyət göstərib. (Qafqazinfo)

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…