Əsas məzmuna keç

DİN-dən həftəsonu xəbərdarlığı: Sürücülər üçün vacib çağırış

DİN-dən həftəsonu xəbərdarlığı: Sürücülər üçün vacib çağırış

Daxili İşlər Nazirliyi istirahət günləri rayonlara yollananlara müraciət etdi. DYP təhlükəsizlik qaydalarına əməl olunmasını istəyir. Qəzadan necə qorunmalı?

ru en

Daxili İşlər Nazirliyi (DİN) həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, DİN-in Baş Dövlət İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlığına əsasən, paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir.

Qeyd edilib ki, hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda sıxlığı yaranır və bu da qəza riskinə təsirsiz ötüşmür.

DİN hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, respublika ərazisində nəzarət-profilaktik tədbirləri gücləndirilib.

Bununla yanaşı qeyd olunub ki, bəzi hallarda tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

"Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz vasitəsilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə alın. Uzaq məsafələrə səfərləri fasilələrlə qət edin, yorğun, yuxusuz halda sükan arxasına əyləşməyin".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…