Əsas məzmuna keç

Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış edib

Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış edib

DYP ağır tonnajlı nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı xəbərdarlıq etdi. Yollarda təhlükəsizliyi təmin etmək üçün sürücülər nələri bilməlidir?

en ru

Baş Dövlət İdarəsi (BDYPİ) yük avtomobillərinin sürücülərinə çağırış edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir:

"Bu səbəbdən, ilk növbədə, sürücülərdən yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri, ara məsafəsini düzgün seçmələri, ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri, yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri, vasitəsinin texniki sazlığına nəzarət etmələri, iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri, sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri, hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…