Əsas məzmuna keç

DYP-dən dumanlı hava xəbərdarlığı

DYP-dən dumanlı hava xəbərdarlığı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara çağırış etdi. Görünüşün məhdudlaşdığı yollarda qəzadan qaçmaq üçün vacib qaydalarla tanış olun.

en ru

Şəhər Dövlət İdarəsi () dumanlı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən məlumat verilib.

Qeyd edilib ki, duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaradır:

"Bu səbəbdən sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq tələb olunur.

Eyni zamanda dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…