Əsas məzmuna keç

Bu şəxslərə maaşın 25 mislinədək mükafat VERİLƏCƏK

Bu şəxslərə maaşın 25 mislinədək mükafat VERİLƏCƏK

bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd...

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Yeni qanun layihəsi korrupsiya barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsini nəzərdə tutur.
  • Məlumat təsdiqlənərsə, təşkilat rəhbərinin qərarı ilə 10 iş günündə minimum əməkhaqqının 25 mislinədək mükafat ödənəcək.
  • Dövlətə qaytarılan vəsaitin və ya təmin edilmiş ziyanın 5 faizi məlumat verənə ödənəcək; mükafat gəlir vergisindən azad ediləcək.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Korrupsiya barədə məlumat verən şəxsə əməkhaqqının 25 mislinədək veriləcək, bu gəlir vergisindən azad olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə 10 iş günü müddətində mükafat ödəniləcək.

Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Məbləğ müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Sənəddə həmçinin vurğulanıb ki, əlavə olaraq, cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödəniləcək.

Beləliklə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsait və ya təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə veriləcək.

Cinayət işi üzrə məlumat verən şəxsə pul vəsaitinin ödənilməsinə dair qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı işə baxan məhkəmə tərəfindən qəbul ediləcək.

Bundan əlavə, qanun layihəsi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə isə korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafatın gəlir vergisindən azad olunması nəzərdə tutulur.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…