Əsas məzmuna keç

Yol polisi sürücülərə həftəsonu üçün xəbərdarlıq etdi

Yol polisi sürücülərə həftəsonu üçün xəbərdarlıq etdi

DYP intensiv hərəkət gözlənilən istirahət günləri ilə bağlı xəbərdarlıq edib. Qəza riskindən qaçmaq üçün sürücülər hansı qaydalara əməl etməlidir?

en ru

Baş Dövlət İdarəsi həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli sürücülərdən daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə idarədən məlumat verilib.

Bildirilib ki, idarə hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun seçməyi, ara məsafəsini artırmağı, kəskin manevr və ani tormozlamadan çəkinməyi tövsiyə edib: "Xüsusilə zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir.

Həftəsonunu xoş və təhlükəsiz keçirmək üçün hər kəsi qaydalarına ciddi əməl etməyə, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…