Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yol polisindən sürücülərə hava xəbərdarlığı

2 dəq
Paylaş:
Yol polisindən sürücülərə hava xəbərdarlığı

Baş Dövlət İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.

BDYPİ-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli tələb edir.

Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.

BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax