Əsas məzmuna keç

Küləkli havada təhlükəsizliyi necə qorumalı? - Xəbərdarlıq

Küləkli havada təhlükəsizliyi necə qorumalı? - Xəbərdarlıq

Fırtınalı hava şəraitində həyatınızı necə qoruya bilərsiniz? Fövqəladə Hallar Nazirliyinin tövsiyələri və ehtiyatlı olmağın vacib qaydaları bu yazıda.

ru en

Küləkli ilə əlaqədar sürücülərə və piyadalara edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsi (BDYPİ) məlumat yayıb.

Xatırladılıb ki, hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

BDYPİ əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, qaydalarına ciddi riayət etməyi xahiş edib.

Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunub.

İdarədən bildirilib ki, ələlxüsus, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, ötmə, manevretmə zamanı ehtiyatlı olmalıdırlar.

Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…