Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı fərmanlar imzalanıb

2 dəq
Paylaş:
Dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı fərmanlar imzalanıb

İlham Əliyev martın 19-da dövlət sektorunda haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, dövlət başçısının imzaladığı sənədlər dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə çalışanlara, Vətəndaşlara və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki " xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinə, Mərkəzi Seçki Komissiyası üzvlərinə, prokurorluq orqanları əməkdaşlarına aid edilib.

Bundan başqa Prezidentin imzaladığı bəzi dövlət orqanlarının rəhbərləri və onların müavinlərinə, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrini tutanlara şamil olunub.

Qeyd edək ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.

Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax