Əsas məzmuna keç

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

Dövlət Komissiyası: Azad olunan ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad olunmuş ərazilərdə 13 kütləvi aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib.

O bildirib ki, Xocalıda 613 nəfər qətlə yetirilib: "Torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin aydınlaşacaq".

E.Səmədov eyni zamanda yaxın vaxtlarda yenidən itkin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə məlumat veriləcəyini söyləyib.

REPORT

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…