Əsas məzmuna keç

İlham Əliyev: İtkin düşmüş şəxslərlə bağlı araşdırmalar davam etdiriləcək

İlham Əliyev: İtkin düşmüş şəxslərlə bağlı araşdırmalar davam etdiriləcək

Prezident Birinci Qarabağ müharibəsi dövründə itkin düşən vətəndaşlarımızın taleyi ilə bağlı axtarışların intensivləşəcəyini bəyan edib. Detallar burada.

en ru

bundan sonra da naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə bütün imkanlarını səfərbər etməyə davam edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikir İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Dövlət başçsı bildirib ki, itkin düşmüş heç bir Azərbaycan vətəndaşı unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir:

"Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir. Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açmışdır. Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…