Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu ilin oktyabrında Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu keçiriləcək

2 dəq
Paylaş:
Bu ilin oktyabrında Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu keçiriləcək

Bu ilin oktyabrında Azərbaycanda İtkin şəxslər üzrə Bakı keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, nazirinin müavini Elnur Məmmədov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2002-ci ildən bəri hər iki ildən bir BMT Baş Assambleyasında Azərbaycanın təşəbbüsü ilə itkin düşmüş şəxslərə dair qətnamələr sürülür və konsensusla qəbul edilir:

"Azərbaycanın təşəbbüsü ilə formalaşmış İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu da ictimaiyyətin bu humanitar faciəyə diqqətinin artırılmasına xidmət edən mühüm platformaya çevrilib. Bakı Dialoqu çərçivəsində növbəti beynəlxalq konfrans bu il oktyabrın 7-10-da keçiriləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax