Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Deputat Vasif Qafarov: “Güclü dövlətin əsasında güclü gənclik dayanır”

4 dəq
Paylaş:
Deputat Vasif Qafarov: “Güclü dövlətin əsasında güclü gənclik dayanır”

"2 Fevral – Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik tarixlərdən biridir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilib və Azərbaycan MDB məkanında və Şərqi Avropada gənclərə həsr olunmuş rəsmi gün elan edən ilk dövlət kimi tarixə düşüb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib:

“Bu qərar Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyərin və dövlətin gələcəyini məhz gənclərin simasında görən uzaqgörən siyasətin bariz nümunəsidir. Onun sözlərinə görə, gəncləri “xalqın gələcəyi”, “Azərbaycanın genofondu” və “müstəqilliyin təminatçısı” kimi xarakterizə edərək gənclərlə işi dövlət siyasətinin prioritet istiqamətinə çevirib”.

photo_308206.webp?v=MTE6NTkyMDI1LTEyLTI2IDE0OjM1OjE5

qeyd edib ki, Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı mühüm institusional addımlar atılıb. Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, “Dövlət gənclər siyasəti haqqında” Fərman və “Gənclər siyasəti haqqında” Qanunun qəbulu savadlı, vətənpərvər və təşəbbüskar gəncliyin formalaşmasına xidmət edib. Eyni zamanda, minlərlə gəncin xaricdə təhsil alması üçün imkanlar yaradılıb, təqaüdləri təsis olunub.

Vasif Qafarov vurğulayıb ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. “Gənclər ili”nin elan olunması, Gənclər Fondunun yaradılması, “Gənclər evi” şəbəkəsinin genişləndirilməsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, “Yüksəliş” müsabiqəsi, könüllülük hərəkatının genişlənməsi gənclərin potensialının üzə çıxarılmasına xidmət edən ardıcıl addımlardır.

Deputat xüsusilə qeyd edib ki, bu siyasətin real nəticələri Vətən müharibəsi dövründə özünü açıq şəkildə göstərdi:

“Ön cəbhədə qəhrəmanlıq göstərən, informasiya müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdıranların əksəriyyəti müstəqillik dövründə formalaşmış Azərbaycan gəncləri idi. Bu, gənclərimizin vətənpərvərliyinin və dövlətə bağlılığının göstəricisidir”.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi elm, təhsil, innovasiya, idman, mədəniyyət və təmsilçilik sahələrində də mühüm uğurlar qazanır. Dövlətin yaratdığı imkanlardan yararlanan gənclər ölkənin gələcəyinin daha da möhkəmləndirilməsində fəal rol oynayırlar.

Sonda deputat Vasif Qafarov Ümummilli Liderin fikrini xatırladıb:

“Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir” və əlavə edib ki, güclü dövlətin əsasında məhz güclü, bilikli və milli dəyərlərə sadiq gənclik dayanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax