Əsas məzmuna keç

"Bölgələrdə yeni universitetlər açılsın!" – Müəllimlərə pulsuz ev və böyük maaş TƏKLİFİ

"Bölgələrdə yeni universitetlər açılsın!" – Müəllimlərə pulsuz ev və böyük maaş TƏKLİFİ

Deputat Vasif Qafarov və ekspert Məzahir Məmmədli ali məktəblərin bölgələrə köçürülməsi, ADPU, BDU və Qarabağ Universitetinin rolu ilə bağlı yeni planı açıqladı.

en ru

Hər il yeni tədris ilinin başlaması ilə Bakıda sıxlığı və tələbə axını artır. Bu isə müəssisələrinin bir hissəsinin regionlara köçürülməsi məsələsini yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, universitetlərin bütövlükdə köçürülməsindən daha çox, regionlarda yeni kampus və ixtisaslaşmış fakültələrin yaradılması daha real variant ola bilər.

Təhsil eksperti Məzahir Məmmədli "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirir ki, universitetlərin qısa müddətdə Bakından regionlara köçürülməsi asan məsələ deyil. Onun sözlərinə görə, bunun üçün yeni maddi-texniki baza qurulmalı, kampuslar yaradılmalı və professor-müəllim heyətinin köçürülməsi təmin edilməlidir.

“Bir universitetin maddi-texniki bazasını qurmaq, onun üçün kampuslar yaratmaq və bütün professor-müəllim heyəti ilə birgə köçürtmək çox böyük vəsait, həm də vaxt tələb edir”.

Ekspertin fikrincə, Bakıdakı yükü azaltmağın yollarından biri regionlarda artıq fəaliyyət göstərən universitet və filialların imkanlarını genişləndirməkdir.

Təhsil eksperti: “Düşməni düşmən, dostu dost kimi tanıtmaq lazımdır”

Hansı universitet və filiallar genişləndirilə bilər?

Məzahir Məmmədli Dövlət Pedaqoji Universitetinin müxtəlif rayonlardakı filiallarının ayrıca universitetlərə çevrilməsini mümkün variantlardan biri kimi göstərir. Eyni yanaşmanın Bakı Dövlət Universitetinin Qazax filialına da tətbiq edilə biləcəyini düşünür.

Onun sözlərinə görə, UNEC-in Zaqatala filialının imkanları genişləndirilərək daha çox ixtisası əhatə edən çoxprofilli ali təhsil müəssisəsinə çevrilməsi də mümkündür.

Lənkəran Dövlət Universiteti üçün yeni tədris binası tikiləcək - Muallim.edu.az

Ekspert Lənkəran Dövlət Universitetinin son illərdə inkişaf etdiyini və regiondakı ali təhsil imkanlarının daha da genişləndirilməsinin vacib olduğunu bildirir. Gəncədə fəaliyyət göstərən və Qarabağ Universiteti də regional ali təhsilin inkişafı baxımından nümunə kimi göstərilir.

Məzahir Məmmədli hesab edir ki, dövlət tərəfindən xüsusi proqram hazırlanarsa, özəl universitetlərin də regionlara marağını artırmaq mümkündür. Bunun üçün ərazi ayrılması, güzəştli kredit və maliyyə dəstəyi kimi mexanizmlərin tətbiqi təklif olunur.

Universitetlər bütövlükdə köçürülməlidir?

Milli Məclisin deputatı Vasif Qafarov isə ali təhsil müəssisələrinin regionlara köçürülməsinə daha geniş yanaşma təklif edir.

Deputatın fikrincə, məsələ yalnız universitetin coğrafi olaraq Bakıdan başqa şəhərə köçürülməsi kimi qiymətləndirilməməlidir. Ali təhsil müəssisələrinin ixtisaslaşması regionların iqtisadi profili ilə uyğunlaşdırıla bilər.

Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetinin Gəncədə fəaliyyət göstərməsi bu modelə nümunə kimi göstərilir.

5f2cab3062dbdd96.webp

Vasif Qafarov hesab edir ki, Azərbaycan Texnologiya Universitetinin sənaye, mühəndislik və logistika yönümlü ixtisasları sənaye potensialı yüksək olan regionlarla əlaqələndirilə bilər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, energetika, sənaye və neft-qaz profilli ixtisaslarının da uyğun regionlarla əlaqələndirilməsi nəzərdən keçirilə bilər.

Deputatın təklif etdiyi modeldə universitetlərin tam şəkildə köçürülməsindən daha çox, ayrı-ayrı fakültə və kampusların regionlarda yaradılması nəzərdə tutulur.

Turizm universitetlərinin regionlarda kampusları yaradıla bilər

Vasif Qafarov Azərbaycan Turizm və Menecment Universitetinin də regional kampuslarının yaradılmasını təklif edir.

Onun sözlərinə görə, Lənkəran, Astara, Qəbələ, Şəki-Zaqatala və Qarabağ kimi turizm potensialı yüksək olan ərazilərdə kampusların yaradılması tələbələrin nəzəri biliklərini real turizm infrastrukturu ilə əlaqələndirməyə imkan verə bilər.

Pedaqoji təhsil üzrə isə deputat Azərbaycan Dövlət Pedaqoji Universitetinin tamamilə köçürülməsindən daha çox, mövcud filial şəbəkəsinin genişləndirilməsini və yeni regional mərkəzlərin yaradılmasını mümkün variant hesab edir.

0c4f5455f443f562.webp

Xüsusilə müəllim çatışmazlığının daha çox hiss olunduğu rayonlarda prioritet ixtisaslar üzrə qəbulun artırılması təklif olunur.

Müəllimlər regionlara necə cəlb ediləcək?

Universitetlərin və ya onların ayrı-ayrı fakültələrinin regionlarda fəaliyyət göstərməsi üçün əsas məsələlərdən biri professor-müəllim heyətinin həmin ərazilərdə işləməyə razı salınmasıdır.

Vasif Qafarov bunun üçün əlavə əməkhaqqı, xidməti mənzil və ya kirayə kompensasiyası, nəqliyyat imkanları, ailə üzvləri üçün sosial təminatlar və uşaqların təhsil imkanlarının yaradılmasını təklif edir.

Deputat Vasif Qafarov Türkiyəyə səfər edəcək | İqtisadiyyat.az

Deputat həmçinin müəllimlərin regionlarda 3-5 il işləməsini nəzərdə tutan xüsusi akademik müqavilə modelinin yaradılmasını mümkün variant kimi göstərir.

Qarabağda yeni akademik mərkəzlər yaradıla bilər

İşğaldan azad edilmiş ərazilərlə bağlı da müxtəlif təkliflər səsləndirilir.

Deputatın fikrincə, Qarabağ Universiteti əsas regional ali təhsil mərkəzlərindən birinə çevrilməklə yanaşı, Bakıdakı ixtisaslaşmış universitetlərlə genişləndirilə bilər.

Bu çərçivədə Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar texnologiyalar, Azərbaycan Turizm və Menecment Universitetinin turizm, Azərbaycan Dövlət Pedaqoji Universitetinin isə pedaqoji kadr hazırlığı üzrə Qarabağda filial və ya birgə akademik mərkəzlərinin yaradılması təklif edilir.

Beləliklə, ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsində iki əsas yanaşma ortaya çıxır: universitetlərin bütövlükdə Bakıdan köçürülməsi və ya regionların ehtiyaclarına uyğun yeni kampus, fakültə və akademik mərkəzlərin yaradılması.

Vasif Qafarovun sözlərinə görə, əsas prinsip universiteti sadəcə regiona köçürmək deyil, regionun ehtiyacına uyğun ali təhsil və elmi potensial yaratmaqdır.

Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, belə model tələbə axınının Bakıdan regionlara yönəlməsinə, insan kapitalının regionlarda formalaşmasına və yerli məşğulluğun artmasına təsir göstərə bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…