Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Bu mükafat Azərbaycanın sülh və dialoq siyasətinə verilən yüksək beynəlxalq qiymətdir” – Vasif Qafarov

5 dəq
Paylaş:
“Bu mükafat Azərbaycanın sülh və dialoq siyasətinə verilən yüksək beynəlxalq qiymətdir” – Vasif Qafarov

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. İlham Əliyev bu mükafatla təltif edilib. Mükafatı isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, deputat Vasif Qafarov bildirib ki, 2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi müasir münasibətlər tarixində mühüm hadisə kimi yadda qalıb.

photo_308724.webp?v=MTM6NDMyMDI1LTEyLTMwIDExOjUyOjEz

Onun sözlərinə görə, Respublikasının Prezidenti İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi təkcə bir dövlət başçısına göstərilən ehtiram deyil, eyni zamanda Azərbaycanın sülhə, dialoqa və insan qardaşlığı ideallarına verdiyi töhfələrin yüksək səviyyədə beynəlxalq tanınmasının bariz nümunəsidir.

Vasif Qafarov qeyd edib ki, Prezident İlham Əliyev mükafatın təqdimetmə mərasimindəki çıxışında ilk növbədə münsiflər heyətinə dərin minnətdarlığını ifadə edib və Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan mükafata layiq görülməyin böyük şərəf olduğunu vurğulayıb. Prezident Şeyx Zayedin uzaqgörənliyi, müdrik rəhbərliyi və humanist baxışları sayəsində BƏƏ-nin qısa zamanda dünyanın ən uğurlu ölkələrindən birinə çevrildiyini xüsusi qeyd edib.

313369_69836f6df3cd1.webp

Deputatın sözlərinə görə, bu siyasi və mənəvi irsin hazırda BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə sadiq qalmaqla yanaşı, multikultural mühiti və sülh şəraitində yaşayan cəmiyyəti ilə insan qardaşlığı ideyasının praktik nümunəsini nümayiş etdirir.

Vasif Qafarov əlavə edib ki, Prezident İlham Əliyev çıxışında dinlərarası dialoqun və sivilizasiyalararası anlaşmanın əhəmiyyətinə toxunaraq, bu istiqamətdə göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-TayyibəRoma Papası Papa Leoya minnətdarlığını ifadə edib. Mərasimə ünvanlanan müraciətlərdə Azərbaycan-Ermənistan sülh prosesinə beynəlxalq dəstəyin xüsusi vurğulanması da diqqətə çatdırılıb.

313369_69836f6df211a.webp

Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın 30 ildən artıq müddətdə müharibə şəraitində yaşadığını, lakin artıq altı aydır ki, regionda real sülh mühitinin formalaşdığını qeyd edib. müstəqillik dövründə ilk dəfə olaraq ölkənin dayanıqlı sülh şəraitində yaşamağa başladığını vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Vaşinqton Zirvə Görüşünün əhəmiyyətini xüsusi qeyd edib. 2025-ci il avqustun 8-də keçirilən üçtərəfli görüş nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığı, Birgə Bəyannamənin imzalandığı və Prezident Donald Trampın sənədə şahid qismində imza atdığı bildirilib. Bununla da üç onillikdən artıq davam edən münaqişəyə son qoyulduğu qeyd olunub.

Deputat əlavə edib ki, Vaşinqton Sammitindən sonrakı altı ay ərzində Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq addımları atılıb, yük daşımalarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb, Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu addımlar sülhün praktik əsaslar üzərində qurulduğunu göstərir.

1769094343_4e4ad202d84401b285bbba9b0ef0d4ed.jpg

Vasif Qafarov bildirib ki, Prezident İlham Əliyev çıxışında sülhün mümkün olduğunu, bunun üçün əsas şərtin güclü siyasi iradə və beynəlxalq dəstək olduğunu vurğulayıb. Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların hazırda münaqişə yaşayan digər regionlar üçün nümunə ola biləcəyi qeyd edilib.

Deputatın fikrincə, mükafatlandırma mərasiminin Əbu-Dabidə keçirilməsi də xüsusi rəmzi məna daşıyır. Çünki sülh prosesində həlledici danışıqlar məhz bu şəhərdə aparılıb və son razılaşmalar burada əldə olunaraq Vaşinqtonda rəsmiləşdirilib. Bu amil Əbu-Dabini regional sülh tarixində mühüm mərkəzlərdən birinə çevirir.

Sonda Vasif Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh təşəbbüsləri regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, insan qardaşlığı və qarşılıqlı etimad prinsiplərinin bərqərar olmasına xidmət edir və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax