Noyabrın 8-də Zəfər Günü münasibətilə Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər Parkını ziyarət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.