Operativ Məlumat Mərkəzi

Çində COVID-19 hadisələri mövsümi olaraq artır

2 dəq
Paylaş:
Çində COVID-19 hadisələri mövsümi olaraq artır

Çində COVID-19 hadisələri mövsümi olaraq artsa da, yeni dalğanın bu ay pik həddinə çatacağı və iyun ayından etibarən azalmağa başlayacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ölkənin qabaqcıl yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri olan Conq Nanşan cənubundakı Quançjou şəhərində qatıldığı iclasda dünyanın digər yerlərində olduğu kimi Çində də yaz aylarında Covid-19 hadisələrinin artdığına diqqət çəkib.

O, yeni COVID-19 dalğasında mart və may aylarında yoluxmaların artdığını, may ayında pik həddə çatacağı gözlənilən yoluxmaların isə iyun ayından etibarən azalmağa başlayacağını bildirib.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) mayın 8-də dərc etdiyi hesabatda bildirib ki, 31 mart-4 may tarixləri arasında soyuqdəymə və tənəffüs yoluxucu xəstəliklər şikayəti ilə xəstəxana və klinikalara müraciət edən xəstələrdə aparılan testlərdə COVID-19 aşkarlanma nisbəti 7,5 faizdən 16,2 faizə yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər