Əsas məzmuna keç

Ceyhun Bayramov və Feridun Sinirlioğlu ATƏT əməkdaşlığını müzakirə edib

Ceyhun Bayramov və Feridun Sinirlioğlu ATƏT əməkdaşlığını müzakirə edib

Polşanın Qdansk şəhərində keçirilən URC2026 konfransında Cənubi Qafqazda sülh prosesi və regional sabitlik gündəliyinin detalları müzakirə olunub.

en ru

Azərbaycanın naziri Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Avropada və Əməkdaşlıq Təşkilatının (ATƏT) Feridun Sinirlioğlu ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazir "X" hesabında bildirib.

Belə ki, tərəflər –ATƏT əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edib:

"Cənubi Qafqazda formalaşan regional vəziyyət, davamlı sülh və sabitliyin təmin olunması üçün yaranmış tarixi imkan, həmçinin Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan yeni regional gündəliyin irəlilədilməsi istiqamətində səyləri barədə fikir mübadiləsi apardıq. Qarşılıqlı maraq doğuran məsələlər üzrə ATƏT ilə konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - deyə nazir bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…