Əsas məzmuna keç

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə danışdı

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə danışdı

Şahzadə Feysəl bin Fərhan Əl Səud ilə telefon əlaqəsində Yaxın Şərqdəki gərginlik və təhlükəsizlik müzakirə edilib. Regional eskalasiya ilə bağlı mühüm detallar...

ru en

Krallığının naziri şahzadə Feysəl bin Fərhan Əl Səud azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Yaxın Şərqdə mövcud vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib.

Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəf alınmamasının zəruriliyi vurğulanıb.

zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bununla yanaşı, nazirlər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…