Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

2 dəq
Paylaş:
Ceyhun Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

1 may tarixində Respublikasının naziri ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında baş tutub.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.

Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

**

Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Abbas Əraqçi telefonla Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, bu gün səhər saatlarında Əraqçinin türkiyəli həmkarı və Yaxın Şərqin bir sıra ölkələrinin - Misir, Qətər, və İraqın XİN başçıları ilə də telefon danışıqları baş tutub.

Məlumata görə, bu əlaqələr çərçivəsində Əraqçi həmkarlarına İranın ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hərbi əməliyyatların dayandırılmasına yönəlmiş son mövqeləri və təşəbbüsləri barədə məlumat verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax