Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran və Fransa XİN rəhbərləri İslamabad anlaşmasının icrasını müzakirə ediblər

2 dəq
Paylaş:
İran və Fransa XİN rəhbərləri İslamabad anlaşmasının icrasını müzakirə ediblər

İranın naziri Abbas Araqçı ilə Fransanın xarici işlər naziri arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər İslamabad anlaşmasının icrası, regionda sülhün və sabitliyin təmin olunması, eləcə də ABŞ və İsrail tərəfindən təşviq edildiyi iddia olunan müharibənin dayandırılması istiqamətində atılacaq addımları müzakirə ediblər.

Məlumata görə, sözügedən telefon danışığı Abbas Araqçının son günlər həyata keçirdiyi intensiv diplomatik təmasların davamıdır. O, bu müddət ərzində Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Böyük Britaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə də bir sıra telefon danışıqları aparıb.

Bildirilib ki, İranın xarici işlər naziri bazar günü Bağdada səfər edib. Səfər çərçivəsində o, regionunda kollektiv mexanizminin yaradılması təşəbbüsü ilə çıxış edib.

Hazırda İran və xarici işlər nazirləri arasında keçirilən son telefon danışığının detalları ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax