Əsas məzmuna keç

Ceyhun Bayramov erməni həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov erməni həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ararat Mirzoyanla telefonla danışan XİN rəhbəri Naxçıvana dron hücumu, mülki itkilər və sülh prosesini müzakirə edib. Gərginliyin detalları və rəsmi xəbər burada.

en ru

naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.

Nazirlər və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…