Əsas məzmuna keç

Ceyhun Bayramov Banqkokda səfərdədir

Ceyhun Bayramov Banqkokda səfərdədir

XİN rəhbəri Tailandda BMT-nin UNESCAP sessiyasında iştirak edir. Azərbaycanın sədrliyi ilə keçirilən tədbirdə hansı mühüm görüşlər və müzakirələr gözlənilir? Detallar:

en ru

Respublikasının naziri BMT-nin və Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirak etmək üçün Tailand Krallığının paytaxtı Banqkokda səfərdədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

"Heç kimi geridə qoymamaq: Asiya və Sakit Okean regionunda inklüziv cəmiyyətlərin qurulması" mövzusu ilə keçiriləcək sessiya, layiqli iş, bütün yaşlar üçün tam və məhsuldar məşğulluq, qadınların iqtisadi imkanlarının gücləndirilməsi, ümumi sosial inteqrasiya da daxil olmaqla, cari və inkişaf etməkdə olan demoqrafik tendensiyaların və sosial-iqtisadi prioritetlərin müzakirəsi üçün platforma təmin edəcək.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun 20 apreldə Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…