Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cənubi Koreyada nüvə stansiyasında sızma: Rəsmi açıqlama verildi

2 dəq
Paylaş:
Cənubi Koreyada nüvə stansiyasında sızma: Rəsmi açıqlama verildi

Cənubi Koreyada nüvə stansiyasında alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Cənubi Koreyanın Gyeongju şəhərində "Wolsong" Nüvə Elektrik Stansiyasının 4-cü reaktorunda texniki nasazlıq nəticəsində ağır su sızması baş verib.

Məlumata görə, dövlətə məxsus "Korea Hydro & Nuclear Power" (KHNP) şirkəti hadisə ilə bağlı yerli vaxtla saat 14:26-da aidiyyəti qurumlara məlumat verib. İlkin qiymətləndirməyə əsasən, təxminən 208 kiloqram ağır su sızıb.

Bildirilir ki, stansiyanın ərazisindən kənara yayılmayıb və ətraf mühitdə radiasiya səviyyəsində hər hansı artım alınmayıb. Şirkət rəsmiləri nasazlıq aşkar edildikdən dərhal sonra ötən ilin iyul ayından planlı yoxlamalara görə fəaliyyəti dayandırılmış 4-cü reaktorda nasosların söndürüldüyünü açıqlayıblar.

Hazırda insidentin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, ağır su hidrogen əvəzinə döteryum izotopu tərkibli xüsusi mayedir və bəzi nüvə reaktorlarında enerji istehsalı prosesinin təhlükəsiz idarə olunması üçün istifadə edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax