Əsas məzmuna keç

Şimali Koreya yeni esminesini nüvə cavab sisteminə daxil edir

Şimali Koreya yeni esminesini nüvə cavab sisteminə daxil edir

Şimali Koreya lideri Kim Çen In yeni hərbi gəminin ölkənin nüvə potensialının bir hissəsi olacağını və düşmənə qarşı “məhvedici cavab zərbələri” endirmək qabiliyyətinə malik olduğunu açıqlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

lideri yeni istifadəyə verilən “Kang Kon” esminesinin ölkənin cavab sisteminin tərkib hissəsi olacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası “KCNA” məlumat yayıb.

Bildirilib ki, 5 min tonluq esmines düşmənlərə qarşı “məhvedici cavab zərbələri” endirmək imkanına malikdir. Gəminin birbaşa nüvə silahları ilə olunub-olunmadığı isə açıqlanmayıb.

Vonsan limanında keçirilən mərasimdə çıxış edən Kim Çen In esminesin Koreya yarımadasının şərq sularında yerləşdirilməsinin ölkənin rəqiblərinə aydın mesaj olduğunu bildirib.

Ekspertlər “Kang Kon” tipli esmineslərin gələcəkdə dənizdə nüvə caydırıcılığı üçün platforma kimi istifadə oluna biləcəyini düşünürlər.

Kyungnam Universitetinin professoru Lim Eul-çulun sözlərinə görə, gəminin yerləşdirilməsi ABŞ, və Yaponiyanın regiondakı dəniz əməliyyatlarını çəkindirmək məqsədi daşıya bilər.

“KCNA” gəminin silah sistemləri ilə bağlı ətraflı məlumat verməsə də, analitiklər bu sinfə aid esmineslərin nüvə başlığı daşıya bilən raketlərlə təchiz edilə biləcəyini istisna etmirlər.

Mərasimdə Kim Çen Inın qızı Kim Ju Aenin iştirakı da diqqət çəkib. Cənubi Koreya kəşfiyyatı bunu onun mümkün varis kimi mövqeləndirilməsi cəhdi kimi qiymətləndirir.

Hadisə ABŞ, Cənubi Koreya və Yaponiyanın illik “Freedom Edge” hərbi təlimlərinə başladığı ərəfəyə təsadüf edib.

Kim Çen In yaxın səkkiz ay ərzində ölkənin hərbi-dəniz qüvvələrinin inkişafında yeni mərhələnin elan ediləcəyini bildirib. O, həmçinin Şimali Koreyanın şərq sahillərində yeni hərbi bazaların tikintisinin davam etdiyini açıqlayıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyi isə vəziyyəti yaxından izlədiyini və Pxenyanın hərbi-dəniz qüvvələrinin nüvə silahları ilə təchiz edilməsi ilə bağlı müzakirələrin intensivləşdiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…