Londonun “Çelsi” klubu yay transfer pəncərəsində “Roma”nın yarımmüdafiəçisi Manu Koneni heyətinə qatmaq istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Corriere dello Sport” nəşrinə istinadən yazır ki, “mavilər” ötən yay 25 yaşlı fransızı təxminən 50 milyon avroya transfer edə bilərdi. Lakin klub bu keçiddən imtina edib.
Koneni qiyməti ikiqat artıb
Yeni mövsümə təsirli başlayan futbolçunun çıxışından sonra “Roma” onun transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Kone cari mövsümdə bütün turnirlərdə altı oyuna çıxıb və iki qol vurub. Yarımmüdafiəçinin İtaliya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.
“Transfermarkt” portalı isə futbolçunun bazar qiymətini 60 milyon avro göstərir.