Əsas məzmuna keç

"Arsenal" "Roma"nın yarımmüdafiəçisi ilə maraqlanır

"Arsenal" "Roma"nın yarımmüdafiəçisi ilə maraqlanır

London klubu heyətini gücləndirmək üçün İtaliya təmsilçisinin oyunçusu Manu Kone ilə əlaqə saxlayıb.

en ru

İtaliyanın "" klubunun yarımmüdafiəçisi Manu Kone karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Londonun "" klubu 25 yaşlı fransalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Arsenal" rəhbərliyi artıq "Roma" ilə əlaqə saxlayaraq oyunçunun transfer şərtləri barədə ilkin məlumatları əldə edib.

Eyni zamanda, "topçular" futbolçunun agentləri ilə də danışıqlara başlayıblar.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, "Roma" rəhbərliyi fransalı yarımmüdafiəçini buraxmaq üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Transfermarkt" portalı 2026-cı il dünya çempionatının iştirakçısı olan Kone üçün 50 milyon avro dəyər müəyyən edib.

Xatırladaq ki, 2025/26 mövsümündə Manu Kone bütün turnirlər daxil olmaqla 37 matçda meydana çıxıb. O, bu oyunlarda 2 qol vurmaqla yanaşı, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…