Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe təşkilatın 54 üzvünün hamısının Canni İnfantinonun qarşıdakı FİFA prezident seçkisində namizədliyini dəstəklədiyini açıqlayıb.
Motsepe bu barədə oktyabrın 8-də Kabo-Verdedə keçirilən CAF-ın strateji konfransının ikinci günündə danışıb. Tədbirdə FİFA prezidenti İnfantino da iştirak edib.
CAF rəhbərinin sözlərinə görə, dəstək qərarına İnfantinonun Afrika futbolunun inkişafına verdiyi töhfə də təsir göstərib. O, təşkilata üzv olan 54 ölkənin hamısının bu mövqeyi bölüşdüyünü bildirib.
İnfantino daha əvvəl dünya çempionatının yayım hüquqlarının bir hissəsinin özəl investorlara satılması layihəsini irəli sürmüşdü. Təklif geniş tənqidlərdən sonra geri götürülüb.
İnfantino 2016-cı ildən FİFA prezidentidir. Qarşıdakı seçkidə yenidən bu vəzifəyə seçilmək üçün namizədliyini irəli sürüb.