“Yuventus” mərkəz hücumçusu mövqeyini gücləndirmək üçün mümkün variantları nəzərdən keçirir. “La Gazzetta dello Sport”un məlumatına görə, Turin klubunun namizədlər siyahısına “Əl-Qadisiya”nın hücumçusu Mateo Retegi, “Monako”nun forvardı Folarin Balogun və “Bolonya”ya məxsus Antonio Raimondo daxil edilib. Raimondo hazırda icarə əsasında “Frozinone”də çıxış edir.
Klubda bu axtarışın səbəblərindən biri Nik Voltemadenin komandadakı uğursuz startıdır. Almaniyalı futbolçu yay transfer pəncərəsinin sonlarında “Nyukasl”dan mövsümün sonunadək icarəyə götürülüb. Razılaşmada futbolçunun transfer hüquqlarının məcburi alınması şərti yoxdur.
Məlumata görə, Turin klubunda Voltemadenin yayda İngiltərə təmsilçisinə qayıdacağı ehtimalı yüksək qiymətləndirilir. O, “Yuventus”un heyətində A Seriyasında üç oyun keçirib və bu matçlarda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Voltemade Turin klubunun forması ilə yeganə qolunu Avropa Liqasında NAK-la keçirilən və 5:0 hesabı ilə başa çatan görüşdə penalti zərbəsindən vurub.