Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bu şəxslərlə bağlı qanun dəyişdi

2 dəq
Paylaş:
Bu şəxslərlə bağlı qanun dəyişdi

İnzibati xəta törədən yardımına ehtiyacı olan şəxslərlə bağlı qanun dəyişir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bununla bağlı İnzibati Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Məcəlləyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.

Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi “Psixiatriya yardımı haqqında” Qanuna və Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə