Əsas məzmuna keç

Əmlak üzərinə həbsin mübahisələndirilməsi qaydası təsdiqləndi

Əmlak üzərinə həbsin mübahisələndirilməsi qaydası təsdiqləndi

Mülkiyyət hüququnuz pozulubsa, məhkəməyə müraciət üçün hansı addımları atmalısınız? Daşınmaz əmlakın üzərindəki qadağaların ləğvi ilə bağlı hüquqi prosedurlar.

en ru

mühakimə çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata orqanın qərarı nəzarəti qaydasında mübahisələndiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham Əliyev Cinayət-Prosessual, Cəzaların İcrası Məcəllələrinə və "İcra haqqında" qanuna dəyişiklikləri imzalayıb.

Dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.

Sənədə əsasən, ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…