Əsas məzmuna keç

Narkoloji xəstələri işə götürən vəzifəli şəxslər cərimələnəcək

Narkoloji xəstələri işə götürən vəzifəli şəxslər cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qaydalar işəgötürənlər üçün hansı sanksiyaları müəyyən edir?

en ru

Tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç məbləğində cərimə ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni - 192.13-cü maddədə əksini tapıb.

Xətalar Məcəlləsinə edilən yeni - 192.14-cü maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…