Əsas məzmuna keç

"Bu, iki ölkənin elmi dairələri arasındakı əməkdaşlığa zərər vurur"

"Bu, iki ölkənin elmi dairələri arasındakı əməkdaşlığa zərər vurur"

Pentaqonun Fudan Universiteti daxil olmaqla Çin qurumlarına tətbiq etdiyi məhdudiyyətlər Pekini hərəkətə keçirdi: Ticarət Nazirliyindən ABŞ-yə sərt xəbərdarlıq.

ru en

Çin Pentaqonun bəzi mərkəzlərini xüsusi izləmə siyahısına daxil etməsinə reaksiya verərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Çin qurumlarının hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirlər görüəcəyini açıqlayıb.

Çinin Ticarət Nazirliyindən verilən açıqlamada ABŞ-nin bu qərarından narazılıq ifadə olunub.

Nazirliyin sözçüsü bildirib ki, Çinli tədqiqat qurumlarının qanuni hüquq və maraqlarını qorumaq, elmi və texnoloji mübadilə ilə üçün sağlam mühit yaratmaq məqsədilə lazımi addımlar atılacaq.

Sözçü ABŞ-ni milli anlayışını genişləndirməkdə, ayrı-seçkiliyə əsaslanan məhdudiyyətlər etməkdə və elmi əməkdaşlığı siyasiləşdirərək alətə çevirməkdə ittiham edib.

O qeyd edib ki, Pentaqonun bəzi tədqiqat mərkəzlərini siyahıya daxil etməsi iki ölkənin elmi dairələri arasındakı əlaqələrə və əməkdaşlığa zərər vurur.

Çin tərəfi bu addımın elmi və texnoloji innovasiyalar sahəsində qlobal əməkdaşlıq tendensiyasına zidd olduğunu bildirib.

Çinin Ticarət Nazirliyi ABŞ-yə Çinli tədqiqat qurumlarına qarşı əsassız ittihamlara son qoymaq, yanlış addımları mümkün qədər tez düzəltmək və həmin qurumlara "ədalətli, obyektiv və ayrı-seçkisiz münasibət" göstərmək çağırışı edib.

Qeyd edək ki, ABŞ ötən həftə Çində müdafiə sahəsi ilə əlaqəli akademiyalarla yanaşı, Şanxaydakı Fudan Universiteti kimi bəzi qurumları da "problemli fəaliyyət göstərən xarici tədqiqat qurumları siyahısı"na daxil edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…