Əsas məzmuna keç

Britaniyadakı ABŞ obyektləri təhlükədədir?

Britaniyadakı ABŞ obyektləri təhlükədədir?

RAF Fairford aviabazasında saxlanılan şəxslər və terror şübhələri Vaşinqtonu narahat edib. Donald Trampın reaksiyasından sonra Britaniyada təhlükəsizlik artırılıb.

en ru

Departamenti Böyük Britaniyada və ABŞ-lə əlaqəli obyektlərə qarşı təhlükənin artdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi RAF aviabazasının yaxınlığında beş nəfərin saxlanılmasından sonra verilib.

Dövlət Departamentinin açıqlamasında ABŞ-lə əlaqəli obyektlərin, tədbirlərin və təşkilatların artan risklə üzləşə biləcəyi qeyd olunub. Departament Böyük Britaniyada olan ABŞ vətəndaşlarını ehtiyatlı olmağa və şəxsi təhlükəsizlikləri üçün yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyə çağırıb.

Sentyabrın 27-də polisi RAF Fairford aviabazasının yaxınlığında beş kişini partlayıcı maddələrlə bağlı qanunvericiliyin pozulması və terror aktının hazırlanması şübhəsi ilə saxlayıb.

Polis əraziyə doğru hərəkət edən üç şübhəli barədə məlumat aldıqdan sonra əməliyyat keçirib.

Hadisə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi sakinlər təxliyə olunub və partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər avtomobilləri yoxlayıblar.

ABŞ Prezidenti Donald Tramp isə saxlanılan şəxslərin böyük zərər vurmaq niyyətində olduqlarını bildirib və ABŞ ilə Böyük Britaniya hakimiyyətlərinin istintaq çərçivəsində əməkdaşlıq etdiyini deyib.

Hazırda Britaniya antiterror polisi hadisə ilə bağlı araşdırmanı davam etdirir. Saxlanılan şəxslərin konkret motivi və hər hansı xarici qüvvə ilə əlaqəsi isə hələ rəsmən müəyyən edilməyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…