BMT TŞ-nin yeni üzvləri məlum olub

BMT TŞ-nin yeni üzvləri məlum olub
03.01.2024 09:47
Aa
dəq

BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzv ölkələrinin fəaliyyətləri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında baş tutmuş mərasimdə yeni üzv ölkələrin daimi nümayəndələrinin iştirakı ilə ölkələrin bayraqları BMT TŞ-nin ərazisində yerləşdirilib.

Belə ki, Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirliklərinin mandatı başa çatdıqdan sonra BMT Baş Assambleyasında səsvermə yolu ilə seçilmiş yeni üzvlər - Əlcəzair, Qayana, Cənubi Koreya, Sierra Leone və Sloveniya 1 yanvar 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi fəaliyyət göstərəcək.

Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-nin daimi üzv olduğu BMT TŞ-də iki illik müddətə seçilən 10 müvəqqəti üzv var. Müvəqqəti üzvlərdən 5-i hər il yenilənir.

Onu da qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasına sədrlik Ekvadordan Fransaya keçib.
 

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu