“Fənərbaxça” futbol komandasının texniki məsuliyyətini milli oyunlar səbəbindən liqada yaranacaq fasiləyədək Dirk Kuyta həvalə edib.
Klubun açıqlamasında bildirilib ki, idarə heyətinin iclasında texniki strukturla bağlı məsələlər müzakirə olunub. Müzakirələrin yekununda qərara alınıb ki, fasiləyədək futbol A komandasının texniki məsuliyyətini Dirk Kuyt daşısın.
Yeni baş məşqçinin müəyyənləşdirilməsi ilə bağlı işi idarə heyətinin yaratdığı komitə aparacaq. Klub prosesin sürətlə irəlilədiləcəyini qeyd edib.
“Fənərbaxça” milli fasiləyədək “Göztəpə”, “Liverpul” və “Çorum FK” ilə qarşılaşacaq.