Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada Şimali Koreya hərbçilərinin iştirakı ilə bağlı yeni açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Zelenski Rusiyaya göndərilən Şimali Koreya hərbçilərinin sayının 50 min nəfərə çatacağını bildirib.
Ukrayna lideri hava hücumundan müdafiə sistemlərinin çatışmazlığına diqqət çəkərək Cənubi Koreyadan dəstək istəyib.
Zelenski Şimali Koreyanın bu proses nəticəsində müasir müharibə təcrübəsi qazanacağını və Rusiyadan hərbi texnologiyalar əldə edəcəyini qeyd edib.
Ukraynanın hərbi kəşfiyyat rəsmiləri Şimali Koreyaya məxsus raket bölməsinin Rusiyanın qərb bölgələrinə doğru hərəkət etməyə başladığını bildiriblər.
Məlumata görə, sözügedən bölmə 120 ballistik raket və 6 buraxılış qurğusu ilə təchiz oluna bilər.
Şimali Koreyanın daha əvvəl Kursk vilayətinə təxminən 14 min hərbçi göndərdiyi, həmin qüvvələrin isə minlərlə itki verdiyi qeyd olunur.
Bundan əlavə, Pxenyan rəhbərliyinin Rusiyaya milyonlarla sursat, ballistik raket və reaktiv yaylım atəşi sistemləri verdiyi bildirilib.