Əsas məzmuna keç

Kiyevə endirilən raket zərbələri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb

Kiyevə endirilən raket zərbələri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb

Rusiya ordusunun paytaxta hücumu nəticəsində səfirliyin yerləşdiyi Şevçenko rayonu hədəf alınıb, diplomatik nümayəndəliyə yaxın ərazilərdə ciddi dağıntılar qeydə alınıb.

en ru

qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə endirilən kütləvi zərbələri nəticəsində mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Hücumlar zamanı raketlərin bir qismi Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi rayonuna düşüb. Məlumata görə, bəzi raketlər diplomatik nümayəndəlikdən 300 metr məsafədə partlayıb, nəticədə səfirliyin pəncərələri sınıb.

Səfirlik yaxınlığındakı ərazilərə endirilən zərbələr ciddi dağıntılara səbəb olub:

  • “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi tamamilə yanaraq yararsız hala düşüb.
  • Bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb.

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumları nəticəsində azı 2 nəfər həlak olub, 40-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 28 nəfəri xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağır olaraq qalır. Xilasetmə və təmizləmə işləri davam etdirildikcə, ölü və yaralıların sayının dəyişə biləcəyi istisna edilmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…