Əsas məzmuna keç

Bəzi rayonlarda duman görünüşü məhdudlaşdırıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda duman görünüşü məhdudlaşdırıb - FAKTİKİ HAVA

Azərbaycana yağan yağıntılarla əlaqədar bəzi rayonlarda dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Azərbaycana yağan yağıntılarla əlaqədar bəzi rayonlarda dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və yarımadasında çiskinli, yağıntılı hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.

Balakən-Şəki zonasında 13-26 mm, MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

Göygöl, Qax, , Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, , Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

Hava proqnozu

16° Bakıda indiBuludlu
  1. Bu gün Günəşli 19° 15°
  2. Sabah Tutqun 17° 16° yağış 43%
  3. Birisi gün Tutqun 17° 16°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…