Əsas məzmuna keç

BBC-də hər 10-cu işçi ixtisar ediləcək: Böyük ixtisar planı

BBC-də hər 10-cu işçi ixtisar ediləcək: Böyük ixtisar planı

Britaniya yayımçısı 2000 nəfərlə yollarını ayırır. Matt Brittinin gəlişi və Tim Deyvinin Tramp qalmaqalı fonunda baş verən böyük kadr islahatının əsas səbəbləri...

en ru

Böyük Britaniyanın ictimai yayımçısı , əhəmiyyətli maliyyə təzyiqləri fonunda 2000-ə qədər iş yerini etməyi planlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı "Financial Times" (FT) qəzeti yayıb.

Qeyd olunub ki, hazırda BBC-də təxminən 21.500 nəfər işləyir. Buna görə də, kütləvi ixtisarlar təxminən hər 10 işçidən birinə təsir edəcək.

Vurğulanıb ki, bu tədbir korporasiyanın xərclərin azaldılması planlarının bir hissəsidir. BBC həmçinin işə qəbul, səyahət və müxtəlif tədbirlərə ayrılan xərcləri də məhdudlaşdırmağı planlaşdırır.

Martın 25-də BBC, "Google"-un keçmiş icraçı direktoru Matt Brittinin yeni baş direktor olacağını açıqlayıb. Onun sələfi Tim Deyvi isə, prezidenti Trampın çıxışının redaktə edilməsi ilə bağlı qalmaqal fonunda 2025-ci ildə istefa verdiyini bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…