Böyük Britaniyanın Baş naziri Endi Börnhəm ölkənin Avropa İttifaqı ilə uzunmüddətli münasibətlərinin yenidən qurulması çərçivəsində Aİ-yə qayıtmaq variantının da nəzərdən keçirilə biləcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bununla bağlı BBC-yə açıqlamasında bildirib.
O, Avropa ilə münasibətlərin yaxşılaşdırılması imkanlarının araşdırılmasının vacibliyini vurğulayıb.
Baş nazir Böyük Britaniyanın yenidən Avropa İttifaqına qoşulmasını istəyib-istəmədiyi barədə suala cavab olaraq, əsas məqsədinin mövcud vəziyyətin üstünlüklərini və çatışmazlıqlarını qiymətləndirmək olduğunu bildirib.
"Biz hər şeyi olduğu kimi saxlaya bilərik. Əgər insanlar mövcud vəziyyətin qorunmasının tərəfdarıdırsa, bu, şübhəsiz ki, variantlardan biridir", - Börnhəm deyib.
O, ötən gün Leyboristlər Partiyasının konfransında çıxışı zamanı da Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi imkanlarını araşdıracağını açıqlayıb, hıəmçinin bu məsələnin ilin sonunda keçirilməsi planlaşdırılan sammitdə müzakirə ediləcəyini bildirib.