Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İspaniyada meşə yanğını faciəsi: 11 nəfər öldü, 1400 sakin təxliyə edildi

2 dəq
Paylaş:
İspaniyada meşə yanğını faciəsi: 11 nəfər öldü, 1400 sakin təxliyə edildi

İspaniyanın cənubunda Los- bölgəsində baş verən güclü meşə yanğını ağır nəticələrə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Jandarma və Mülki qurumlarının açıqlamasına əsasən, hadisə nəticəsində azı 11 nəfər həyatını itirib.

Məlumata görə, yanğın ərazisində aparılan axtarış-xilasetmə işləri zamanı tamamilə yanmış üç avtomobil aşkarlanıb. Həmin vasitələrinin hər birinin içərisində bir nəfərin meyiti tapılıb.

Bundan əlavə, Bedar şəhərinə gedən yolun yaxınlığında daha 8 nəfərin yanmış cəsədi aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanları və məhkəmə-tibb ekspertləri hadisə yerində araşdırmalar aparır.

Fövqəladə vəziyyət zamanı həyatını itirən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Mütəxəssislər bu yanğını İspaniya tarixində ən ağır meşə yanğınlarından biri kimi qiymətləndirirlər. Qeyd olunur ki, 2005-ci il iyulun 17-də Qvadalaxara bölgəsində baş verən meşə yanğınında da 11 nəfər həlak olmuşdu.

Endülüs muxtar hökuməti tədbirləri çərçivəsində bölgədə yaşayan 1400 nəfərin təxliyə edildiyini açıqlayıb.

Yanğının qarşısının alınması və söndürülməsi əməliyyatlarına Hərbi Fövqəladə Hallar Birliyinin (UME) 200 əməkdaşı və 70-dən çox texnika cəlb olunub.

Hazırda Almeriya bölgəsi ilə yanaşı, Malaqa şəhəri ətrafında da davam edən yanğın ocaqlarının lokallaşdırılması üçün havadan və qurudan genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax